İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Franfurkt şəhərinin "Goethe Universiteti"ndə digər beş universitetin İlahiyyat müəssisələrinə "elm və cəmiyyət" mövzusunda araşdırmalara aparacaq "İslami Elmlər Akademiyası" da əlavə edildi və hazırda bu akademiyada yüzdən çox tələbə təhsil alır.
Bu barədə İran İslam Respublikasının Almaniyadakı Mədəni İşlər İdarəsinin 340 saylı həftəlik xəbər bülleteni məlumat verərək dedi: Bu akademiyanın təsisin edilməsinin əsas məqsədi İlahiyyat ixtisasçıları arasında əlaqələrin genişləndirilməsi və ictimai dialoqa girişdir.
Akademiya istəyir ki, Almaniyanın elmi təhsil sistemində İslami ilahiyyat araşdırmalarına yer ayırsın və bununla da müxtəlif dinlərdən olan insanlar arasında elmi və ictimai əlaqələri gücləndirsin.
Akademiyanın gələn beş il ərzində inkişafı üçün Almaniyanın elm və təhsil nazirliyi 10 milyon yevro büdcə ayırıb.
http://www.iqna.ir/fa/news/3651624